Azərbaycan, Bakı / "Trend müxbir D.Xatınoğlu/ ABŞ hazırkı şərayitdə İrana hücum edə bilməz. Iran prezidenti belə deyib- O bildirib ki, ABŞ İrana hazırkı şəraitdə hücum edə bilməz. "Amerikanin İrana hücum təhdidləri reallığa uyğun deyil"-deyə İran prezidenti Mahmud Əhmədinejad noyabrın 16-da Əl - ərəbiyyə televizyasına müsahibəsində bildirib. Əhmədinejadın fikrincə, ABŞ-ın hücum etməyə nə hərbi, nə iqtisadi, nə də siyasi gücü çatmır. "ABŞ bilir ki, İrana hücum edərsə, ölkə əhalisinin sərt reaksiyası ilə üzləşəcək və müharibəni başlamağına peşman olacaq. ABŞ Müharibə variantını ortaya qoyaraq, BMT Təhlükəsizlik Şurasının üzvlərini İrana qarşı 3-cü Qətnaməni tətbiq etmək məcburiyyətində qoyur, reallıqda isə, Amerikanın İrana hücum etməyi absurddur"-deyə Əhmədinəjad bildirib.