...

Moskvaya gələn miqrantların 15%-i təzhlükəli yoluxucu xəstəliklərin daşıyıcılarıdır - Aleksandr Nəzərov

Dünya xəbərləri Materials 23 Noyabr 2007 17:48 (UTC +04:00)

Rusiya, Moskva / Trend , müxbir R.Ağayev / Moskvaya gələn miqrantların 15%-i, yəni hər 6-cı və ya 7-ci miqrant QİÇS, sifilis, hepatit və vərəm kimi təhlükəli yoluxucu xəstəliklərin daşıyıcılarıdır. Bu barədə Moskva İcra Hakimiyyətinin regionlararası əlaqələr və milli siyasət komitəsinin sədr müavini Aleksandr Nəzərov Moskva Millətlər Evində "Əmək miqrasiyası rus cəmiyyətinin inkişafında mühüm faktoru kimi" mövzusunda keçirilən Dəyirmi Masada məlumat verib.

Nəzərov bildirib ki, bu ciddi problemin həlli məqsədilə artıq tədbirlər görülüb. " Vəziyyəti normal adlandırmaq olmaz, belə ki , hər hansı şəxs Moskvaya və ya Rusiyanın digər regiouna gəlir, işləmək üçün icazə alır, lakin tibbi müayinədən keçdikdə məlum olur ki, o, artıq müəyyən müddət, yəni 90 günə qədərdir ki, yoluxucu xəstəliklə Rusiyadadır. Bu səbəbdən də, RF ərazisinə gəlməzdən əvvəl tibbi müayinədən keçməsini təsdiq edən arayış alınması sistemini tətbiq etmək ehtiyacı yaranır" - deyə komitə rəhbəri qeyd edib.

Nəzərovun sözlərinə görə, əmək miqrasiyası sahəsində Rusiya paytaxtı üçün mövcud olan ikinci bir problem kvota məsələsidir. Nəzərovun sözlərinə görə, Rusiyanın Əmək Miqrasiyası üzrə Komitəsi bu mühüm prosesi öz axarına buraxıb, baxmayaraq ki, hökumət kvotalaşmanın forma və metodlarını işləyib hazırlamaq barədə göstəriş verib. Lakin artıq bir il keçib, ortada bir şey yoxdur. "Məsələn, bəzən maraqlı hallar baş verir, qanunsuz şirkətlər meydana çıxır ki, onlar da Moskvaya Pakistandan 60 trolleybus sürücüsünün, İngiltərədən iki dülgərin, İtaliyadan iki tənəkəçinin və digərlərinin gətirilməsinə razılıq verilməsi barədə ərizə təqdim edirlər. Belə şirkətlərin qanunsuz fəaliyyət göstərdiyi məlum olana qədər, biz, qanuna uyğun olaraq, belə ərizələrə baxmalı oluruq" - deyə Nəzərov qeyd edib.

Moskva şəhərinin regionlararası əlaqələr və milli siyasət komitəsinin sədr müavini bildirib ki, Moskvada işləmək üçün artıq 500 min miqrant icazə alıb, 180 nəfər real olaraq işləyir, yerdə qalan 350-400 nəfər şəxsin taleyi isə, naməlum olaraq qalır. "Biz bu miqrantların nə ilə məşğul olduğunu bilmirik, onlar haqda heç bir məlumat yoxdur. Onlar, yəqin ki, Moskvadadırlar və yaşamaq üçün ağır zəhmətə qatlaşmalı olurlar" - deyə Nəzərov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti