...

Türkiyənin terrordan müdafiə hüququ var və biz bunu anlayırıq – ABŞ dövlət katibi

Dünya xəbərləri Materials 19 Dekabr 2007 23:25 (UTC +04:00)
Türkiyənin terrordan müdafiə hüququ var və biz bunu anlayırıq – ABŞ dövlət katibi

Türkiyə, Ankara / müxbir Trend A.Ələskərov / Türkiyənin terrordan müdafiə hüququ var və biz bunu anlayırıq. Bu barədə ABŞ dövlət katibi Kondoliza Rays, İraka səfəri zamanı məlumat verib. K.Rays birinci növbədə, ölkənin şimalında yerləşən, Kərkük şəhərinə baş çəkib və orada regional inzibati nümayəndələri ilə görüşüb. Ondan sonra Baqdada yola düşüb və burda dövlət başçısı Cəlal Tələbani ilə və İrakın digər rəhbərləri ilə görüş keçirib. Bu barədə "Türkiyə" xəbər verir. İrakın xarici işlər naziri Xoşər Zəbarinin iştrak etdiyi konfransda K.Rays deyib: "Türkiyə, İrak və ABŞ terrorizmə qarşı birgə tədbirlər keçirirlər. Bizim, Türkiyənin Kürd fəhlə partiyasına (KFP) qarşı keçirdiyi əməliyyatlar barədə məlumatımız var. Biz bu məqsədi bölüşürük. Lakin, bununla yanaşı biz, Şimali İrakda durumun pisləşməsinə yönələn hər hansı bir addımların atılmasının leyhinəyik".

Zəbari öz növbəsində qeyd edib ki, türkiyəli hərbiçilər Şimali İrakda "məhdudlaşdırılmış" əməliyyatı davam etdirirlər. İrakın XİN başçısı vurğuladı: "Türkiyə terrorizmə qarşı tədbirlərin görülməsi və müdafiə olunmağ təbii hüquqlara malikdir. Biz də KFP terrorunun leyhinəyik."

Xəbər lenti

Xəbər lenti