...

İran nüvə məsələsi danışıqlarında yalnız NEBA-ni tanıyır – İranın prezidenti

Dünya xəbərləri Materials 12 Yanvar 2008 23:20 (UTC +04:00)
İran nüvə məsələsi danışıqlarında yalnız NEBA-ni tanıyır – İranın prezidenti

İran rəsmi olaraq atom üzrə problemin müzakirəsində yalnız Nüvə enerjisi üzrə beynalxalq agentliyi (NEBA) tanıyır. Bunu İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinicat deyib. Bu barədə RİA Novosti xəbər verir. "İran atom məsələsi danışıqlarında yalnız NEBA-ni tanıyır. Əlbətdə bu digər məsələlərdə başqa dövlətlərlə dialoqun aparılmaması demək deyil". Bunu Əhmədinicat Tehranda NEBA-nın baş direktoru Məhəmməd el Baradei ilə görüşündə deyib.

O ümüd edib ki, NEBA rəhbər dövlətlərin təziqi altına düşməyəcək və öz qanuni işini görəcək.

İran prezidenti hesab edir ki, bəzi ölkələr elə hesabedirlər ki, Agentlik onların siyasətini həyata keçirmək üçün yaranıb. Bu isə təbii və saf otmosferi körlayır.

Əhmədinicatın fikirincə, "atom enerjisi - Tanrının verdiyi neymətdir" və 20 - 30 ildən sonra dünyanın təlabatı ona bir neçə dəfə artacaq. Hər bir millət üçün qanuni imkan yaratmaq lazımdır ki, bu enerjidən istifadə etsinlər.

El Baradei öz növbəsində indiki zamanda "iranın nüvə proqarmı ətrafənda cəryan edən abuhava düzgün yoldadır. O, İranın rəhbərliyini digər məsələlər üzrə daha sıx əməkdaşlığa çağırıb.

Xəbər lenti

Xəbər lenti