...

Gürcüstan parlamenti yeni hökuməti təsdiq edib

Dünya xəbərləri Materials 31 Yanvar 2008 16:07 (UTC +04:00)
Gürcüstan parlamenti yeni hökuməti təsdiq edib

Gürcüstan, Tbilisi, 31 yanvar/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan parlamenti bu gün baş nazir Lado Qurqenidze başda olmaqla yeni hökumətin tərkibini təsdiqləyib. Qərar yekdilliklə, 141 səslə qəbul edilib.

Gürcüstanın yeni hökumətinin tərkibini baş nazir Qurqenidze təmsil edəcək.

Yeni Nazirlər Kabineti təkcə tərkibcə dəyişikliklərə deyil, struktur dəyişikliklərinə də məruz qalıb. Kabinetə bir baş nazirin müavini (Konstitutsiyaya ediləcək dəyişikliklərdən sonra onların sayı 3 olacaq), 5 dövlət naziri və 12 nazir daxildir.

Baş nazirin müavini vəzifəsi kimi avrointeqrasiya üzrə dövlət naziri vəzifəsini də Giorgi Baramidze tutub. Regional idarəetmə üzrə yeni dövlət naziri vəzifəsini keçmiş ətraf mühit və təbii ehtiyatların müdafiəsi naziri David Tkeşlaşvili, qaçqınlar və yerləşdirmə üzrə nazir Koba Subeliani eyni vəzifə üzrə dövlət naziri olub. Münaqişələrin nizamlanması üzrə dövlət naziri vəzifəsi reinteqrasiya üzrə dövlət naziri vəzifəsinə dəyişdirilib və politoloq Temur Yakobaşvili bu vəzifəni tutub. Diasporlarla iş üzrə dövlət naziri vəzifəsinə arxeoloq Yulon Qaqoşidze təyin edilib.

Müdafiə naziri David Kezeraşvili, daxili işlər naziri Vano Merabişvili, maliyyə naziri Nika Qilauri, energetika naziri Aleksandr Hetaquri, kənd təsərrüfatı naziri Petre Siskarişvili öz vəzifələrində qalıblar.

David Bakradze münaqişələrin nizamlanması üzrə dövlət naziri vəzifəsini xarici işlər naziri vəzifəsinə dəyişib.

Hökumətdə yeni simalar peyda olub - ədliyyə naziri baş prokurorun keçmiş müavini Nika Qvaramiya təyin edilib. Prezident administrasiyasının keçmiş rəhbəri Eka Şaraşidze iqtisadi inkişaf naziri vəzifəsini tutacaq. Əmək, səhiyyə, sosial müdafiə naziri Sandro Kvitaşvili olub. O, ABŞ-da uğurlu menecer karyerasını atıb və vətənə qayıdıb. Ətraf mühitin və təbii ehtiyatların müdafiəsi naziri Botanika İnstitutunun keçmiş direktoru Zaza Qamçemlidze, təhsil və elm naziri politoloq Giya Nodiya, mədəniyyət və idman naziri bu vaxtadək nazir müavini vəzifəsini tutmuş Nikoloz Vaçeişvili təyin edilib.

Nəticədə yeni hökumətdə altı yeni nazir və iki dövlət naziri var.

Xəbər lenti

Xəbər lenti