...

Gürcüstan şirkətləri IMTM beynəlxalq turist sərgisində iştirak edəcək

Dünya xəbərləri Materials 2 Fevral 2008 12:21 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 02 fevral / Trend , müxbir N.Kirtsxaliya/Gürcüstanın Turizm və Kurort Depatamenti , Acar Muxtar Respublikasının Turizm və Kurort Departamenti və Gürcüstanın dörd turist şirkəti fevralın 5-6-da İsraildə keçiriləcək IMTM beynəlxalq turist sərgisində iştirak edəcək.

Turizm və Kurort Departamentindən verilən məlumata görə, sərgidə "İntertur", "Vizit-Corcia", "Geotur" və "Mediatur" şirkətləri iştirak edəcək.

İsraildə Gürcüstan nümayəndə heyətinə ölkənin Turizm və Kurort Departamentinin sədri Otar Bubaşvili başçılıq edəcək.

2008-ci ildə keçiriləcək sərgilərdə iştiraka departament 832 965 lari sərf edəcək.

Xəbər lenti

Xəbər lenti