...

Belqradda qarışıqlıq baş verib

Dünya xəbərləri Materials 17 Fevral 2008 23:50 (UTC +04:00)
Belqradda qarışıqlıq baş verib

Belqradda, Kosovanın müstəqilliyinin elan olunmasından qəzəblənən insanlar ABŞ səfirliyini daşlardan, yanacaqla doldurulmuş şüşə qablardan atəşə tutublar. Polis səfirliyə keçmək istəyən insanların qarşısını almaq istəyir. Mitroviçidə isə bir neçə naməlum şəxs BMT və Avropa İttifaqının binalarına bir neçə əl qumbarası atıblar. Onlardan biri partlayıb. Bu dəqiqələrdə atəşə məruz qalmış binalardan insanları evakuasiya edirlər.

Daxil olan məlumata əsasən, Serbiyanın paytaxtında yerləşən digər səfirliklər qarşısında da piketlərin keçirilməsi gözləninlir. Şəhərdə yüksək təhlükəsizlik tədbirləri hayata keçirilir, Vesti xəbər yayır.

Xəbər lenti

Xəbər lenti