...

Türk hərbiçiləri şimali İraqda keçirilən əməliyyatlar zamanı 40-dan çox kürd döyüşçüsü öldürüblər

Dünya xəbərləri Materials 26 Fevral 2008 00:26 (UTC +04:00)
Türk hərbiçiləri şimali İraqda keçirilən əməliyyatlar zamanı 40-dan çox kürd döyüşçüsü öldürüblər

Türk hərbiçiləri şimali İraqda kürd separatçılarına qarşı davam edən yerüstü əməliyyatlar zamanı Kürd fəhlə partiyasının (KFP) 41 döyüşçüsünü öldürüblər. Türkiyə komandanlığının verdiyi məlumata görə, KFP yerləşdiyi yerlərə 30 yaxın zərbə endirilib. Bu barədə Associated Press xəbər verir. Beləliklə, 22 fevral başlanmış əməliyyat dövründə ümumilikdə 153 terrorçu öldürülüb.

Qeyd edək ki, 22-nə keçən gecə 10 min türk hərbiçisi aviasiyanın dəstəyilə İraq sərhədini keçərək irimiqiyaslı əməliyyatlara başlamışdır.

KFP 1984-cü ildən Türkiyənin cənub-şərqində müstəqil kürd dövlətinin yaranması uğrunda mübarizə aparır. Regionda çaxnaşmalar zamanı keçən dövür ərzində 37 min nəfər həlak olmuşdur. RBK .

Xəbər lenti

Xəbər lenti