...

Con Makkeyn Respublikaçı partiyasından yeganə namizəd olacaq

Dünya xəbərləri Materials 5 Mart 2008 07:10 (UTC +04:00)

Con Makkeyn ABŞ prezident seçkilərində Respublikaçı partiyasından yeganə namizəd olacaq. Respublikaçıların Texasda praymerizdə verilmiş səslərin hesablanması göstərdi ki, Makkeyn irəlləyir.

Canlı efirdə praymeriz yekunlarını izləyən CNN telekanalı xəbər verir ki, Makkeyn 56 faizdən çox səs qazanıb. Onun rəqibi - Mayk Xakkabi isə 32 faiz səs toplamağa nail olub.

Texas respublikaçılarının dəstəyini qazanan Makkeyn, özünə 1195 seçici təmin edib. Respublikaçı partiyasının yeganə namizədi olmaq üçün Makkeynə 1191 səs lazım idi.

Çərşənbə axşamı Respublikaçı partiyası partiya daxili seçkiləri dörd ştatda keçirdi: Texasda, Oqayoda, Rod-Aylenddə və Vermondda.

Rod-aylenddə səsvermənin nəticələri hələ məlum deyil, digər üç ştatda Makkeyn qələbə qazanıb, Lenta.ru xəbər yayıb.

Xəbər lenti

Xəbər lenti