...

Gürcüstanın kommunukasiya üzrə milli komissiyası "İmedi" telekanalını lisenziyadan məhrum etmək niyyətində deyil

Dünya xəbərləri Materials 26 Mart 2008 14:38 (UTC +04:00)

Gürcüstan, Tbilisi/ Trend müxbir N.Kirtsxaliya/Kommunikasiya üzrə milli komissiya "İmedi" teleşirkətini yayım lisenziyasından məhrum etmək niyyətində deyil. Bu barədə komissiyanın sədri Qiya Tavadze bu gün xüsusi brifinqdə məlumat verib.

"Son günlər komissiyanın "İmedi"-ni lisenziyadan məhrum etmək niyyətində olduğu haqda məlumat yayılıb. Lakin bir daha bildirmək istəyirəm ki, telekanalın lisenziyadan məhrum edilməsi haqqında qərar olmayıb və hazırda da yoxdur", - o qedy edib.

Tavadze vurğulayıb ki, Gürcüstan qanunvericiliyində komissiyanın üç ay müddətində yayım dayandırıldığı halda teleşirkəti lisenziyadan məhrum edə bilməsi haqqında yazı olmasına baxmayaraq, komissiya bu hüququndan istifadə etməyə hazırlaşmır. "Biz teleşirkətin sahiblərinin mümkün qədər tez müəyyənləşməsində və onun yayıma başlamasında maraqlıyıq", - o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti