Azərbaycan, Bakı, 07 may / Trend , müxbir A.Qasımova/ Dmitri Medvedyev Rusiya Federasiyası prezidenti vəzifəsinin icrasına başlayıb. Hazırda Moskvada Kreml sarayından yeni seçilən prezidentin andiçmə mərasimi keçirilir.
Medvedyev bu vəzifədə sələfi Vladimir Putini əvəz edib və Rusiyanın üçüncü prezidenti olub.
Cari ilin mart ayının əvvəlində Medvedyev rəsmi olaraq Rusiyanın yeni seçilmiş prezidenti elan olunub. Seçkilərin nəticələrinə dair yekun protokolda açıqlanan son məlumatlara görə, seçicilərin 70,28%-i Medvedyevə səs verib. Prezident seçkilərində 74 mln. nəfər və ya seçicilərin 69,7%-i iştirak edib.