...

Türkiyənin hakim partiyası məhkəmədə özünü müdafiə edib

Dünya xəbərləri Materials 3 İyul 2008 17:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyul / Trend , müxbir S.İlhamqızı/ Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının bağlanması iddiası əsasında cümə axşamı Konstitusiya Məhkəməsində keçirilən prosesdə partiya təmsilçisinin müdafiə çıxışı olub. Bu barədə Türkiyə KİV məlumat yayıb.

AKP adından 200 səhifəlik müdafiə mətni ilə dövlət naziri, Baş nazirin müavini Cəmil Çiçək çıxış edib. O, AKP-nin Türkiyədə dünyəviliyə təhlükə yatarmadığını sübuta yetirməyə çalışıb.

İyulun 1 - də dövlət ittihamçısı qismində Baş prokuror Əbdülrəhman Yalçınkaya çıxış edərək, AKP-nin fəaliyyətinin dayandırılması iddiasını əsaslandırmışdı.

Bundan sonra Konstitusiya Məhkəməsinin məruzəçisi Osman Can proseslə bağlı məlumatları və sənədləri toplayıb iddia haqqında hesabat məruzəsi hazırlayacaq. Bu müddətdə Türkiyə Baş Prokurorluğu və AKP yazılı dəlil və müdafiələrini təqdim edəcəklər.

Məruzə Konstitusiya Məhkəməsinin 11 üzvünə paylandıqdan sonra məhkəmənin sədri Haşim Kılıç AKP-nin bağlanması iddiası ilə bağlı qərar çıxarılacaq iclasın vaxtını müəyyən edəcək. Partiyanın bağlanması üçün KM-nin 11 nəfər üzvündən ən azı 7-sinin səs verməsi lazımdır.

Türkiyə Böyük Millət Məclisində təmsil olunan müxalifət partiyaları - Cümhuriyyət Xalq Partiyası və Millətçi Hərəkat Partiyası AKP-ni dünyəvilik əleyhinə çıxmaqda günahlandıraraq, onun fəaliyyətinin dayandırılması tələbi ilə Konstitusiya Məhkəməsində iddia qaldırıblar.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti