Azərbaycan, Bakı, 04 avqust / Trend / İranın Elm və Sənət Universitetinin Mexanika-mühəndis təhqiqat qrupu ilk dəfə olaraq qırıcı təyyarələrin (JET) mühərrik yanacağına nəzarət sistemini proqramlaşdırıb. Bu barədə İranın "Iribnews" saytı məlumat yayıb.
Bu sistem elmi qrupun illər boyu apardığı araşdırmalar nəticəsində əldə olunub.
İranın Elm və Sənət Universitetindən verilən məlumata görə, bu sistemin istehsalı İranın təyyarə istehsalı üzrə texnologiylarının inkişafında və eləcə də qırıcı təyyarələrin (JET) istehsalında yeni başlanğıc olacaq.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]