Gürcüstan, Tbilisi, 08 avuqst/ Trend , müxbir N.Kirtsxaliya/ Rusiya istiqamətindən dörd təyyarə təxminən saat 11:00 radələrində Qori şəhərini bomba zərbəsinə tutub. Parlamentin deputatı və Qoridəki mediamərkəzin başçısı Giorgi Qabaşvilinin Trend -a bildirdiyinə görə, təyyarələrdən iki bomba atılıb, lakin böyük dağıntı və qurbanlar yoxdur.
"Vəziyyət yerli hakimiyyətin nəzarəti altındadır. Heç bir çaxnaşma yoxdur", - o bildirib.
Qabaşvili Rusiya tərəfinə məxsus bir təyyarənin vurulması barədə məlumatı isə nə təsdiq, nə də təkzib edə bilib. "Mən də öz mənbələrimdən bu barədə eşitmişəm. Lakin rəsmi məlumatım yoxdur", - o bildirib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]