...

ABŞ gənc Gürcüstan demokratiyasını atmayacaq – Corc Buş

Dünya xəbərləri Materials 15 Avqust 2008 17:47 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 15 avqust/ Trend müxbir N.Kirtsxaliya/ ABŞ gənc Gürcüstan demokratiyasını atmayacaq, -Amerika prezidenti Corc Buş cümə günü Vaşinqtonda keçirilən brifinqdə bildirib.

"Bu ölkə azad olmaq istəyir və bu onun hüququdur", - o bildirib. ABŞ prezidenti Rusiyadan qoşunlarını Gürcüstandan çıxarmağı və üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməyi tələb edir. "Təəssüf ki, Rusiya Gürcüstanın demokratik və azad ölkə olmaq arzusunu özünə təhlükə kimi qəbul edib", - Buş bəyan edib.

"Moskva öz imicinə qorxulu zərbə vurub və belə şəraitdə inadkarlıq göstərilməsi lazım olan xüsusiyyət deyil", - o bildirib və vurğulayıb ki, "Rusiya beynəlxalq ictimaiyyətdə yerini qaytarmağa başlamalıdır".

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti