...

Izmirdə Türkiyə-Ernənstan sərhəddinin açılmaması üçün imza toplama kampaniyası başlayıb

Dünya xəbərləri Materials 16 Avqust 2008 22:33 (UTC +04:00)

Ankara, 16 avqust / Trend , müxbir T.əliyev/ Izmirdəki Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyə-Ermənistan sərhəddinin açılmaması üçün imza toplama kampaniyasına start verib. Bu barədə Mərkəzin rəhbəri Camal Məmmədxanoğlu Trend -a məlumat verib.

Izmirdəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü Qars Bələdiyyəsinin sədri Naif Əlibəyoğlunun ötən günlərdə sərhəddin açılması məqsədi ilə həyata keçirdiyi kampaniyaya cavab xarakteri daşıyır. əlibəyoğlu Bələdiyyə sədri vəzifəsinin verdiyi imkanlardan da istifadə edərək, sərhəddin açılması üçün 50 minə yaxın imza toplayıb.

Mərkəzin sədri Camal Məmmədxanoğlu bildirib ki, Ermənistan diasporunun səyləri nəticəsində Avropa Birliyi ölkələri və Amerika Birləşmiş Ştatlarından da Türkiyə hökümətinə təzyiq göstərilir. Mərkəzin yaydığı bəyanatda deyilir: їTürkiyədə yaşayan 2 milyondan artıq Azərbaycan mənşəli Türkiyə vətəndaşı sərhəddin açılması tələbini təxribat kimi qiymətləndirərək, bu təşəbbüsə öz etirazını bildirir.

Bu etirazımızı demokratik yolla göstərmək üçün, Ermənistan, işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməyənə qədər, Türkiyə-Ermənistan sərhəddinin açılmaması tələbi ilə imza toplama kampaniyasına start veririk.ї  Kampaniyanın başda Azərbaycanlıların kompakt yaşadığı bölgələr olmaqla bütün Türkiyədə davam edəcəyi bildirilir. 

Xəbər lenti

Xəbər lenti