...

Biz NATO-nun Gürcüstanın alyansa üzvlük perspektivinə dair mövqeyinin dəqiq təsbit edilməsini gözləyirik – XİN rəhbəri

Dünya xəbərləri Materials 19 Avqust 2008 11:34 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 19 avqust / Trend , müxbir N.Kirtsxaliya/ Tbilisi NATO-nun Gürcüstan və Ukraynanın alyansa üzv olmasına dair mövqeyinin dəqiq təsbit edilməsini gözləyir. Bu barədə çərşənbə axşamı Brüsselə uçuşundan öncə Gürcüstanın xarici işlər naziri Yekaterina Tkeşelaşvili bildirib.

Nazir bu gün Brüsseldə ABŞ-ın Gürcüstandakı vəziyyət ilə bağlı çağırdığı NATO-nun nazirlər səviyyəsində keçiriləcək görüşündə iştirak edəcək.

"Biz bunu gözləyirik, belə ki, bu cür şəraitdə NATO-nun Rusiyanın təcavüzünə baxmayaraq Gürcüstanın alyansa üzv olacağına dair mövqeyinin müəyyən edilməsi olduqca mühümdür. Belə olan halda Rusiyanın bu kampaniyadakı məqsədlərindən biri reallaşmayacaq", - deyə Tkeşelaşvili bildirib.

Nazir qeyd edib ki, gün ərzində NATO-ya üzv ölkələrin XİN rəhbərləri ilə məsləhətləşmələr aparılacaq. "Biz ümid edirik ki, bizim xeyrimizə olan qərar və bəyanat qəbul olunacaq, belə ki, alyansa üzv bir sıra ölkələrin liderlərinin bəyanatları müəyyən nikbinlik verir", - deyə o söyləyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı trend

Xəbər lenti

Xəbər lenti