...

Gürcüstan qoşunların yenidən komplektləşdirilməsini davam etdirir - RF Baş qərargah rəisinin müavini

Dünya xəbərləri Materials 20 Avqust 2008 15:36 (UTC +04:00)

Rusiya, Moskva, 20 avqust / Trend , müxbir R.Ağayev/ Gürcüstan qoşunların yenidən komplektləşdirilməsi üzrə tədbirləri görməkdə davam edir, - çərşənbə günü Moskvada brifinqdə RF Baş qərargah rəisinin müavini Anatoli Noqovitsın deyib.

Noqovitsının sözlərinə görə, Qara Dəniz Donanması Abxaziya sahillərində təhlükəsizliyin təmin edilməsi üzrə tapşırığı, Rusiya sülhməramlıları kontingenti isə öz vəzifəsini yerinə yetirir.

"Münaqişə zonasındakı vəziyyət sülhməramlıların nəzarəti altındadır", - Noqovitsın əlavə edib.

Avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya Respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü ordusu Tsxinvaliyə daxil olub. Daha sonra rus qoşunları şəhəri ələ keçirərək, gürcü hərbçilərini Gürcüstan ərazisinə tərəf sıxışdırıblar.  

Avqustun 12-də RF prezidenti Dmitri Medvedyev bildirib ki, o, "Gürcüstanı sülhə məcbur etmək üzrə əməliyyat"ın başa çatdırılmasına dair qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti