Azərbaycan, Bakı, 22 avqust/ Trend , müxbir V. Javoronkova/ Münaqişə zonasında normal sülhməramlı prosesinin həyata keçirilməsinə hələ çox var. Bu barədə cümə günü Moskvada keçirilən brifinqdə RF Baş Qərargahı rəisinin müavini Anatoli Noqovitsın məlumat verib, -Vesti telekanalı xəbər verir.
O əlavə edib ki, münaqişə zonasındakı sülhməramlı bölmələri sülhməramlı vəzifələrinin icrasını, vacib obyektlərin mühafizəsini, sakinlərin təhlükəsizliyinin təmin olunmasını davam etdirirlər.
Hazırda gürcü-abxaz münaqişə zonasında 2142 sülhməramlı var,- Noqovitsın bildirib.
"Bu gün Abxaziya istiqamətində sülhməramlıların əlavə postlarının qurulmasına başlanılıb", - RF Baş Qərargahı rəisinin müavini bildirib.
Avqustun 8 -nə keçən gecə tanınmamış Cənubi Osetiya respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.
Avqustun 12-də RF prezidenti Dmitri Medvedyev bildirib ki, Gürcüstanı sülhə məcburetmə əməliyyatının başa çatması haqqında qərar qəbul edib.
.