...

İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq şansı olsa da, Qərb buna mane olacaq - ekspertlər

Dünya xəbərləri Materials 27 Avqust 2008 19:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 avqust / Trend müxbirlər G. Əhmədova,T.Cəfərov, R. İbrahimova / İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq şansı Rusiya və Çinin dəstəyi ilə reallaşa bilər. "İranın bu təşkilata üzv olması Rusiya və Çinin dəstəyi ilə reallaşa bilər və bu barədə İran və Şanxay Təşkilatına üzv ölkələr qarşılıqı razılıq əldə etmək niyyətindədir" - deyə İranın Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə müşaviri Məhəmməd Fərhad Koleyni Trend - a çərşənbə günü bildirib.

İranın Fars xəbər agentliyinin avqustun 27-də verdiyi məlumata əsasən, Tacikistanın Tehrandakı səfiri Ramazan Mirzayev bildirib ki, İran regionun güclü dövlətidir. O əlavə edib ki, İranın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olması bu təşkilatı gücləndirəcək. Mirzayev bildirib ki, Tacikistan İranın Şanxay Təşkilatına üzv olmasını dəstəkləyir. O, İranın bu təşkilata üzvlüyü ilə bağlı problemlərin tezliklə həll olunacağına inandığını bildirib.

İran prezidenti Mahmud Əhmədinejad çərşənbə günü Şanxay Əməkdaşlıq Təşkilatının iclasında iştirak etmək üçün Tacikistanın paytaxtı Düşənbəyə gəlib. İran hazırda Şanxay Təşkilatında müşahidəçidir.

Koleyni bildirib ki, İran ŞƏT ilə əlaqələrin inkişafında maraqlıdır, lakin Təşkilatın müşahidəçi üzvlərinin daimi üzvliyə qəbulu ilə bağlı xüsusi şərtlər irəli sürülüb.

O, bildirib ki, hazırda İran ŞƏT ilə qarşılıqlı anlaşmaya can atır və ŞƏT-ə üzv ölkələr İranın daimi üzvlüyü məsələsində fərqli düşünürlər.

"İran ŞƏT-ə üzv olmaq üçün öz mənafeyi çərçivəsində qərar qəbul edəcək. Bundan başqa, İranın Şanxay Təşkilatına üzv olması BMT və Qərbə dəxli olmayan bir məsələdir" - deyə Koleyni çərşənbə günü telefonla Tehrandan Trend - a bildirib.

Rusiya Elmlər Akademiyasının dünya iqtisadiyyatı və beynəlxalq münasibətlər İnistitutunun böyük elmi işcisi Vladimir Yevseyev Trend - a bildirib ki, İranın ŞƏT-ə daxil olması təşkilatın daimi üzvləri tərəfindən yekdilliklə qəbul olunmalıdır. Onun fikrinsə, Rusiya, Qərbin acığına İranı dəstəkləyəcək. Bu halda əsas rolu Çin oynayacaq. Çin seçim etməli olacaq - ya İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmasını dəstəkləmək və beləliklə, İrana dəstək vermək, ya da Amerikanın tərəfində olmaq.

"Qazaxıstanın mövqeyi də bu məsələdə əhəmiyyətlidir. Bir tərəfdən, Qazaxıstanın öz neft məhsullarının və neftinin satış bazarı kimi,İranda öz maraqları var, digər tərəfdən, Qazaxıstanın ərazsində Amerika şirkətləri çalışır. Qazaxıstanın İranı dəstəkləməsi onların işlərinə təsir göstərə bilər"- deyə, Vladimir Yevseyev bu gün telefonla Moskvadvn bildirib.

Onun sözlərinə görə, çox güman ki,, İranın Şanxay Əməkdaşlıq Təşkilatına daimi üzvlüyə qəbulu Çinin mövqeyindən və ABŞ-ın öz maraqlarını necə müdafiə etməsindən asılıdır.

İranın Şanxay Əməkdaşlıq Təşkilatına daimi üzv kimi qəbul olunmasına gəldikdə isə, BMT-nin sanksiyalarını nəzərə alsaq, bunlar İranın ŞƏT-ə üzv olmasında həlledici rol oynamamalıdır. Lakin istənilən vəziyyətdə istisna mümkündür və ona görə də, səsvermənin nəticələrini proqnozlaşdırmaq çətindir.

Rusiya, Çin, Qazaxıstan, Tacikistan, Özbəkistan və Qırğızıstan Şanxay Əməkdaşlıq Təşkilatının daimi üzvləridir. İran, Monqolustan və Pakistan bu təşkilatda müşahidəçi kimi iştirak edirlər.

Avropa İslahatlar Mərkəzinin, xarici siyasət və müdafiə məsələlri üzrə direktoru Tomas Valasek Trend - a çərşənbə günü bildirib ki, İranın ŞƏT-ə daxil olması, aydındır ki,bir sıra geosiyasi məsələlərlə bağlıdır. Sözssüz ki, ABŞ və digər Avropa ölkələri NATO kimi daha mükəmməlsistemə malik bir təşkilatda cəmləşiblər. ABŞ bu Təşkilatın fəaliyyətini həmişə şübhə altına alıb. Bu da İranın üzvlüyü yolunda maneələrdən biri ola bilər. "Bəlkə elə bu səbəbdəndir ki, onlar İranı bu təşkilatdan kənarda saxlamaq istəyirlər. Bu, İrana qarşı tətbiq olunmuş sanksiyaların nəticəsi də ola bilər. Mən İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzv qəbul olunacağını gözləmirəm"- deyə, Valasek Londondan telefonla bildirib.

Bu haqda Almaniya Universitetinin beynəlxalq və müdafiə məsələləri üzrə direktoru Volker Perzes Trend - a bildirib ki, İranın ŞƏT-ə daimi üzvlüyü ehtimalı azdır. "Birincisi, ona görə ki, bu Təşkilatın yeni üzvlüklə bağlı mexanizmi yoxdur. ŞƏT-ın bütün üzvləri bu addıma dəstək olmayacaqlar. Ikincisi, İran bu Təşkilatda müşahidəçi statusuna malik yeganə ölkə deyil" - deyə o, hesab edir.

Perzes bildirib ki, Pakistan, Monqulustan və Hindistan da müşahidəçi statusundadırlar və Pakistan da ŞƏT-ə tam hüquqlu üzv olmaq istəyir. 2001-ci ildə üzvlüyə qəbulla bağlı sənədləri təqdim etsə də, Təşkilata üzv ola bilməyib. Əfqanıstanın da bu Təşkilatda xüsusi statusu (Əfqanıstan Əlaqə Qrupu) var. "ŞƏT İranı daimi üzvlüyə qəbul etsə, Qərb bunu öz əleyhinə yönəlmiş addım hesab edəcək. ŞƏT-in perspektivi nəzərə alınsa, İranı daimi üzv kimi qəbul etməsi, bu Təşkilatın xeyrinə olmayacaq"- deyə, Perzes Berlindən bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti