...

Xarici qüvvələrin Əfqanıstanda fəaliyyətini tənzimləyən Qanun qəbul olunmalıdır – Əfqanıstanın Milli Birlik Şurasının üzvü

Dünya xəbərləri Materials 27 Avqust 2008 19:34 (UTC +04:00)

Əfqanıstan, Kabil, 27 avqust / Trend müxbir Ə. Həkimi / Əfqanıstanın Nazirlər Kabineti, Herat vilayətində 100 nəfər dinc sakinin öldürülməsindən sonra, xarici qüvvələrin ölkədə fəaliyyətini tənzimləyən qanunun təsdiq olunması haqda qərar qəbul edib. Ölkədəki xarici qüvvələr qanunsuz və özbaşına hava hücumları təşkil edərək, dinc sakinlərin öldürülməsinə səbəb olurlar.

Ötən həftənin cümə axşamı Herat vilayətinin Şindend qəsəbəsinin Əzizabad məhəlləsinə hava hücumu zamanı 100 nəfərdən çox dinc sakin həlak olub. Bu hadisə bütün ölkədə hiddət və qəzəblə qarşılanıb.

Xarici qüvvələrin bombardmanına məruz qalan yalnız Herat vilayətinin əhalisi deyil,eləcə də Kener, Pektika, Nuristan, Nəngehar, Zabul, Kapisa və Loqman vilayətlərində də onlarla dinc sakin həlak olunub.

Əfqanıstanın parlamenti dəfələrlə xarici qüvvələrin ölkədə fəaliyyətinin nizamlanmasını istəyib, amma hökumət, xüsusilə də prezident Hamid Kərzai əhalinin həlak olmasından təəssüfləndiklərməklə kifayətləniblər. Herat vilayətinə sülhməramlıların son hücumundan dərhal sonra Əfqanıstan prezidenti Milli Ordunun iki komandirini vəzifədən azad edib və Nazirlər Kabineti hadisəni pisləyən bəyanat yayıb.

Bəyanatda Əfqanıstanın Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyindən tələb olunub ki, ölkədəki beynəlxalq qüvvələrin rəsmiləri ilə onların qanun çərçivəsində fəaliyyət göstərmələri haqda müzakirə aparsınlar. Nazirlər Kabineti Beynəlxalq qüvvələrin məsuliyyətsizliyinə son qoyulmasını tələb edib.

Nazirlər Kabinetinin bəyanatı Əfqanıstan prezidenti Kərzai, Senat rəhbəri Məhəmməd Yunis Qanuni və 34 vilayətin nümayəndələrinin iştirakı ilə Əfqanıstanın Senatında keçirilən iclasda verilib.

"Əgər hakimiyyət bu məsələdə Sülhməramlılara qarşı mövqeyindən uzaqlaşmasa, prezident Kərzai xarici qüvvələrin fəaliyyətini qanun çərçivəsinə sala bilər"- deyə, Milli Birlik Şurasının üzvü Əhməd Ziya Rüfət Trend - a bildirib.

O əlavə edib ki, dövlət bu məsələdə mövqeyini möhkəmləndirməsə, problem həllini tapmayacaq.

"Xalqın hüquqlarının qorunması hər bir dövlətin borcudur. Dövlət Konstitusiyaya əsasən xarici qüvvələrin ölkədə fəaliyyətini nizamləyən qanunu qəbul etməlidir" - deyə Kabil Universitetinin hüquq fakültəsinin müəllimi Vədir Safi Trend -a bildirib.

Ekspertlərin fikrincə, layihədə xüsusi və konkret maddələrin olması onun dinc sakinlərə xidmət etməsi üçün əhəmiyyətlidir.

Rüfət hesab edir ki, Milli Birlik Şurasının iki il əvvəl parlamentə təqdim etdiyi layihəyə əsasən, xarici qüvvələr ölkədə törətdikləri cinayətə görə Əfqanıstan qanunlarına uyğun olaraq cəzalandırılmalıdırlar.

O, əlavə edib ki, xarici qüvvələrin şəhərlərdən çıxarması və terrorçuların olduğu regionlarda yerləşməsinə dair maddənin layihədə yer alması vacibdir.

"Sülhməramlı qüvvələr və ABŞ qüvvələri həmişə öz qanularına tabedir və heç bir hökümətin təkliflərini qəbul etmirlər" - deyə Safi bildirib.

.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti