...

Amerikalı konqresmenlər Gürcüstana yardım vəd edirlər

Dünya xəbərləri Materials 2 Sentyabr 2008 12:53 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 02 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan maliyyə, iqtisadi və hərbi yardım üzrə təminat sahələrində ABŞ-ın tam dəstəyinə malikdir. Bu barədə Gürcüstanın müdafiə naziri David Kezeraşvilinin ABŞ Konqresinin veteranlarla iş üzrə Komitəsinin nümayəndə heyətinin üzvləri Co Donli, Don Kejuks, Con Makxyu və Stiv Kinq ilə görüşündə bəyan olunub.

Müdafiə Nazirliyində keçirilən görüşdə ABŞ-ın Gürcüstandakı səfiri Con Teft, həmiçnin ABŞ-ın hərbi ataşesi, polkovnik Metyu Brend də iştirak edib.

Konqresmenlər arasında həm demokratlar, həm də respublikaçıların nümayəndələri təmsil olunub.

Avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya Respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.

Avqustun 12-də RF prezidenti Dmitri Medvedyev bildirib ki, "Gürcüstanı sülhə məcburetmə əməliyyatı"nın dayandırılması barədə qərar qəbul edib.

Gürcüstan ərazisində Rusiya sülhməramlı qüvvələri və beynəlxalq müşahidəçilərin saxlanılması barədə qərar qəbul olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti