...

Rusiya özünü heç bir qaydaya əməl etməyən dəniz qulduru kimi aparır - Mixail Saakaşvili

Dünya xəbərləri Materials 13 Sentyabr 2008 00:09 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 12 sentyabr / Trend müxbir N.Kirtsxalia/ Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiyanın Gürcüstana qarşı yeni təcavüzü təhlükəsini real sayır. "Moskvadan gələn təhlükənin mahiyyəti ondan ibarətdir ki, Rusiya isteblişmenti qalib gəlmədiyini düşünür, ona görə də yeni təhlükəli çağırışlar səslənir", - deyə sentyabrın 12-də axşam Saakaşvili hökumət üzvləri ilə görüşü zamanı bəyan edib.

"Biz anlamalıyıq ki, azadlığımız uğrunda mübarizənin başlanğıcında dayanmışıq. Lakin bu, Gürcüstana qarşı yox, bütün azad dünyaya qarşı müharibədir", - deyə o bildirib.

"Hərdən elə bir təəssürat yaranır ki, onlar (Rusiya) dəniz quldurlarının bayrağını qaldırıblar və deyirlər ki, onlar üçün heç bir qanun yoxdur. Bu üzdən də mövcud oyun qaydalarına riayət etməyəcəklər və bildikləri kimi hərəkət edəcəklər. Lakin bu yanaşmanın perspektivi yoxdur, çünki quldurlar məğlub olacaqlar. Biz bu müharibəni istəmirdik, ancaq ondan qaça bilmədik", - deyə Gürcüstan prezidenti vurğulayıb. 

"İmkan verməyəcəyik ik, bizi 1992-1993-cü illərə qaytarsınlar. Çünki bu gün Gürcüstan artıq o vaxtkı kimi deyil və biz birliyimiz hesabına bu zərbəni dəf edə biləcəyik", - deyə Saakaşvili fikrini tamamlayıb.

Xəbər lenti

Xəbər lenti