...

Qazaxıstanın Avrasiya İqtisadi Birliyində yeni nümayəndəsi təyin edilib

Dünya xəbərləri Materials 20 Sentyabr 2008 11:17 (UTC +04:00)

Qazaxıstan, Astana, 20 sentyabr/ Trend , müxbir K.Konırova/Prezident Nursultan Nazarbayevin sərəncamına əsasən, Qazaxıstanın Avrasiya İqtisadi Birliyi yanında yeni daimi nümayəndəsi təyin edilib.

Bu vəzifəni Bakıtjan Ordabayev tutacaq, - dövlət rəhbərinin mətbuat xidməti xəbər verib.  

Əvvəllər Ordabayev Qazaxıstanın Rumıniyadakı müvəqqəti işlər vəkili vəzifəsində işləyib. O, bu vəzifədə Rüstəm Cienbayevi əvəz edib. Avrasiya İqtisadi Birliyi 2000-ci ildə təsis edilib. Hazırda onun tərkibinə Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan daxildir.  

Xəbər lenti

Xəbər lenti