...

İslam Kərimovun Bakıya səfəri müasir dünyada qarşılıqlı faydalı münasibətlərə nümunədir - politoloq

Dünya xəbərləri Materials 22 Sentyabr 2008 20:07 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 22 sentyabr/ Trend , müxbir T. Jukov/ "İslam Kərimovun Bakıya səfəri müasir çətin dünyada qarşılıqlı faydalı münasibətləri necə qurmaq lazım olduğuna müsbət nümunədir", - Koreya Respublikasının Şimal-Şərqi Asiya Fondu yanında Asiya Araşdırmaları İnstitutunun direktor müavini Pak Honq - cu bəyan edib. Bununla yanaşı, politoloq vurğulayıb ki, bu, xüsusilə də qonşu Xəzəryanı və Mərkəzi Asiya regionlarına aiddir.

"Azərbaycan və Özbəkistanın inteqrasiya əlaqələrinin əsasında yalnız tarixi və mədəni ümumilik, müstəqillik illərində ənənəvi dostluq və sıx əməkdaşlıq dayanmır. Bu, ilk növbədə, iki dövlət başçının apardığı prinsipial xarici siyasətdir və bu siyasət ölkənin milli maraqlarına xüsusi önəm verir", - Özbəkistan XİN -in "Jaxon" agentliyi məşhur Cənubi Koreya politoloqunun sözlərinə şərh verir.

"Şərqdə şəxsiyyətlərarası münasibətlər daim xüsusi rol oynayıb və Özbəkistan prezidentinin Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin xatirəsinə göstərdiyi dərin ehtiram, iki böyük milli liderin xarakterlərinin bənzərliyi gələcəkdə də möhkəm ikitərəfli münasibətlərin rəhnidir", - Pak Honq - cu vurğulayıb.

Azərbaycan və Özbəkistanın öz regionlarında güclü mövqeləri olmasına diqqət yetirən xarici siyasət idarəsinin agentliyi, regional əməkdaşlığın gücləndirilməsi baxımından bu amilin vacibliyini vurğulayır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti