...

Pakistandakı partlayışa görə məsuliyyəti öz üzərinə "İslam fədailəri" qruplaşması götürüb

Dünya xəbərləri Materials 22 Sentyabr 2008 23:14 (UTC +04:00)

O qədər tanınmayan "Fedayeen Islam" ("İslam fədailəri") qruplaşması Pakistanın paytaxtında baş vermiş partlayışın məsuliyyətini öz üzərinə götürüb. Bu barədə məlumatı Röyters agentliyi Arabiya telekanalına istinadən yayıb.

Qruplaşmanın nümayəndəsi həmçinin telekanalın müxbirinə bəzi tələbləri çatdırıb. Pakistan hökumətinə ünvanlanan tələblərin arasında ABŞ-la əməkdaşlığın dayandırılması ilə bağlı şərt də var.

Şənbə günü İslamabadda baş verən partlayış nəticəsində rəsmi bilgilərə əsasən 53 nəfər həlak olub, 226-sı yaralanıb. Frans Press agentliyinin xəbərinə görə isə ölənlərin sayı 60 nəfərdir, yaralananların isə 260-dan çoxdur.

"Mariott" otelində adətən xarici jurnalistlər və turistlər qalırdılar. Ölənlər arasında iki ABŞ vətəndaşı, Çexiyanın İslamabaddakı səfiri və bir vyetnamlı olub.

Bir müddət öncə partlayışa görə məsuliyyəti öz üzərinə "Əl-Qaidə" təşkilatı götürmüşdür.

Xəbər lenti

Xəbər lenti