Əfqanıstan, Kabil, 24 sentyabr/ Trend , müxbir A.Həkimi/ Kabilin Təhlükəsizlik İdarəsinin sədri, general Əli Şah Pektiya Val-ın əleyhinə törədilən sui-qəsd nəticəsində bir neçə polis əməkdaşı xəsarət alıb.
General Pektiya Val Trend -un Kabildəki müxbirinə telefonla bildirib ki, bu gün (sentyabrın 24-də) 5-ci polis bölməsində bir gün əvvəl 3 nəfərin qətlə yetirilməsi faktl ilə əlaqədar həmin bölməyə gedib. Onun sözlərinə görə, həmin bölmənin həyətində bir gün əvvəl minalanmış maşın yerləşdirilib və o, bölmədə olarkən partladılıb.
General Paktiya Val partlayış zamanı baş və əl nahiyəsindən yüngül xəsarət alıb.
Generalın sözlərinə görə, hadisə ilə əlaqədar şübhəli şəxs qismində bir neçə nəfər saxlanılıb və hazırda istintaq aparılır.