...

Regionlar partiyası Ukraynada növbədənkənar seçkilərdən qaçmağın mümkünlüyünə şübhə edir

Dünya xəbərləri Materials 25 Sentyabr 2008 17:25 (UTC +04:00)

Regionlar partiyasının lideri Viktor Yanukoviç Ukraynada növbədənkənar parlament seçkilərindən qaçmağın mümkünlüyünə şübhə edir. UNİAN - ın verdiyi xəbərə görə, o bu barədə cümə axşamı jurnalistlərə müsahibəsində bildirib.

Onun sözlərinə görə, "siyasi baxımdan bizi qane edəcək istənilən bir həlli tapa bilsək, şübhəsiz ki, növbədənkənar seçkilərin keçirilməməsi üçün əlimizdən gələni edəcəyik". "Lakin, - Yanukoviç əlavə edib, - yəqin ki, bunu edə bilməyəcəyik".

Regionlar partiyasının lideri vurğulayıb ki, "biz YTB (Yuliya Timoşenko Bloku) və BU-XÖ (Bizim Ukrayna - Xalq Özünümüdafiəsi) arasında yeni koalisiyanın yaradılmasına görə baş verən bu tamaşanı görürük".

Onun sözlərinə görə, bu, vaxtın uzadılması, növbədənkənar seçkilərin keçirilməsi məqsədilə vəziyyətin sabitliyinin pozulması üçün edilir.

Yanukoviç hesab edir ki, bu siyasi qüvvələrə sabitliyin pozulması lazımdır;bir ildən sonra prezident seçkiləri keçiriləcək.

Onun sözlərinə görə, "onlar bunun hesabına öz rəqiblərinə - Regionlar partiyasına qalib gəlmək istəyirlər".

Regionlar partiyası fraksiyasının sədr müavini Aleksandr Yefremov  da cümə axşamı jurnalistlərə bəyan edib ki, Regionlar partiyasının Rəyasət Heyəti "dağınıq" qüvvələr öz aralarında koalisiyanın konfiqurasiyasını müəyyən edənədək, bütün fraksiyalarla koalisiyanın  yaradılması danışıqlarını daynadırmaq barədə qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti