...

İndiyədək heç bir ölkə Ukrayna ilə silah tədarükünə dair müqavilələrin pozulduğunu bəyan etməyib – "Ukrspetseksport"un rəhbəri

Dünya xəbərləri Materials 4 Oktyabr 2008 10:53 (UTC +04:00)

Ukrayna, Kiyev, 03 oktyabr / Trend , müxbir D.Bobesyuk/ "Ukrspetseksport" dövlət şirkətinin Baş direktoru Sergey Bondarçuk bəyan edir ki, indiyədək heç bir ölkə dünya maliyyə böhranının inkişafı ilə əlaqədar ikili təyinatlı malların tədarükünə dair Ukrayna ilə bağlanmış müqavilələrin ləğv edildiyini bəyan etməyib.

Bu barədə Bondarçuk şənbə günü UNİAN-da mətbuat konfransında məlumat verib.

"Silah tədarükünə dair artıq bağlanmış müqavilələrdən imtina ilə bağlı bizdə hallar yoxdur. Bu müqavilələr alıcı ölkələrin büdcələri tərəfindən müdafiə olunur və təbii ki, müqavilələr yerinə yetirilir", - Bondarçuk bildirib.

Şirkətin rəhbəri qeyd edib ki, Ukrayna dünyada silah tədarükünə görə ABŞ, Rusiya, Almaniya, Fransa və İngiltərədən sonra altıncı yeri tutur.

Onun sözlərinə görə, Ukrayna ildə təxminən 700 mln. dollarlıq silah ixrac edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti