...

Maydan əyalətində 41 müxalifətçi öldürülüb

Dünya xəbərləri Materials 18 Oktyabr 2008 12:19 (UTC +04:00)

Əfqanıstan, Kabil, 18 oktyabr/ Trend , müxbir A.Həkimi/ Əfqanıstanın Maydan mahalında 41 müxalifət nümayəndəsi öldürülüb. Bu barədə rəsmi şəxs məlumat verir.

Maydan mahalının hökumət nümayəndəsi Adəm Xan Siratın bildirdiyinə görə, Maydanda polis və koalisiya qüvvələrinin iştirak etdiyi iki gecə davam edən əməliyyatda 41 üsyançı öldürülüb.

Onun sözlərinə görə, Kərim Xan kəndində aparılan əməliyyatda 40 üsyançı, Cəlriz dairəsində aparılan əməliyyatda isə, müxalifət partiyasının lideri Səfiqulla öldürülüb.

Siratın sözlərinə görə, Səfiqulla, yol tikintisi ilə məşğul olan fimada işləyən çinli mühəndisin oğurlanmasında iştirak edib.

Maydan mahalının hökumət nümayəndəsi əməliyyatın davam etdiyini əlavə edib.

Taliban bu hadisələrlə bağlı münasibət bildirməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti