...

ABŞ və İran əməkdaşlığa hazırdırlar

Dünya xəbərləri Materials 23 Oktyabr 2008 17:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 oktyabr/ Trend , müxbir D.İbrahimova, T.Cəfərov/ ABŞ və İran əməkdaşlığa hazırdır və bunda maraqlıdırlar, lakin çətin ki, bu iki ölkə razılığa gəlsin.

"ABŞ və İran nümayəndələri müəyyən şərtlərlə ikitərəfli problemlərin həlli üçün görüşmək istəyirlər, lakin bu ölkələrin əməkdaşlığa baxışları fərqlidir. Bu onlara razılığa gəlməyə imkan verməyəcək", - deyə Trend - a İran üzrə amerikalı ekspert Patrik Klauson (Patrick Clawson) bildirib.

İran ilə ABŞ arasında münasibətlər 1979 - cu ildə baş verən İslam inqilabından sonra, təqribən 30 ildir ki, pozulub.

ABC News - un verdiyi xəbərə görə, ABŞ Dövlət Katibi Kondoliza Rays bildirib ki, İran uranın zənginləşdirməsini dayandırarsa, ABŞ hər zaman onunla danışıqlar masası arxasına oturmağa hazırdır.

Amerika məmurları, İranın nüvə proqramının reallaşdırılmasını dayandıracağı təqdirdə, danışıqlara başlamağa hazır olduqlarını dəfələrlə bildiriblər. Lakin məhz indi İranın danışıqlar prosesinə münasibəti dəyişib.

İranın beynəlxalq məsələlər üzrə müstəqil eksperti Cəfər Məhəmmədi (Jafar Muhammadi) Trend - a bildrib ki, hələ Xatəminin hakimiyyəti dövründə mətbuatda bu ölkələr arasında qarşılıqlı münasibətlər barədə yazmaq qadağan olunmuşdu, ikitərəfli əməkdaşlıqdan isə, ümumiyyətlə. söhbət gedə bilməzdi.

"Mahmud Əhmədinejad - İran ilə ABŞ arasında münasibətlərin dayandırıldığı vaxtdan bəri əməkdaşlığa dair təkliflə amerikalı həmkarına müraciət edən ilk İran prezidentidir", - deyə Məhəmmədi bildirib.

İran prezidenti və ölkənin xarici işlər naziri cari ilin iyulunda Vaşinqton ilə bilavasitə əməkdaşlığa hazır olduqları barədə bəyanat veriblər.

Fransalı ekspert Klement Termin (Clement Therme) fikrincə, ABŞ ilə münasibətlərin stabilləşməsi Əhmədinejada "gələcəkdə Vaşinqton ilə qarşıdurma istəməyən əksər İran əhalisinin əksəriyyətinin gözündə imicini yaxşılaşdırmaqda" kömək edəcək.

"Münasibətlərin stabilləşdirilməsi İrandan çox ABŞ -ı mraqlandırır ; Amerika Administrasiyası İran ilə münasibətləri yaxşılaşdırmağa can atır və bununla da Birləşmiş Ştatların gələcək prezidentlərinin fəaliyyəti üçün əsas hazırlayır" ,- deyə İranın beynəlxalq siyasət məsələləri üzrə eksperti Həsən Şəriətmədari Trend - a bildirib.

İran məsələləri üzrə fransalı ekspert Klement Term güman edir ki, tərəflər münasibətləri yaxşılaşdırmaq istəməsələr, "nüvə proqramının hazırlanması dayandırılmayacaq, danışıqlar yüksək səviyyədə aparılmayacaq".

"Nə qədər ki, Amerika qoşunları Şərqdədir və ABŞ sionist hərəkatını dəstəkləyir, İran ilə Birləşmiş Ştatlar arasında əməkdaşlıq çətin ki, mümkün olsun", - IRNA -nın verdiyi xəbərə görə, İran prezidentinin nümayəndəsi Mehdi Kalxor bildirib.

ABŞ və İran əməkdaşlığa hazırdır, lakin Patrik Klausonun fikrincə, nticə əldə etmək olduqca çətin olacaq, çünki hər bir tərəf münasibətlərin onun şərtləri əsasında inkişaf etməsini istəyir.

"Tərəflərin bu şərtlərlə bağlı təsəvvürləri müxtəlifdir: ABŞ İranı digər dövlətlərin hökumətləri ilə əməkdaşlıq edən normal ölkə kimi görmək istəyir. İran isə inqilabi ölkə olmaq və digər ölkələrdə inqilabi hərəkatları dəstəkləmək istəyir", - deyə Yaxın Şərq üzrə Vaşinqton İnstitutunun direktor müavini, İran üzrə mütəxəssis Patrik Klauson bildirib.

Danışıqların yüksək səviyyədə olmamasına baxmayaraq, artıq İran ilə ABŞ arasında münasibətlərdə müsbət irəliləyişlər müşahidə etmək mümkündür.

Birləşmiş Ştatlar Tehranda öz mövqeyini müdafiə edən ofis açmağı planlaşdırır.

Ekspert Termin sözlərinə görə, bununla yanaşı, ABŞ - da təhsil alan iranlı təlbələrə tələbə vizasının verilməsi proseduru son zamanlar xeyli yüngülləşdirilib.

Tehranda açılması planlaşdırılan Amerika Ofisi viza məsələlərini həll edəcək və Amerika mədəniyyət mərkəzlərinə xidmət göstərəcək.

Beləliklə, "çəkinmə siyasətinin uğursuzluğu ikitərəfli problemlərin həlli üzrə dialoqa daha çox əhəmiyyət verən mürəkkəb diplomatik strategiya ilə əvəzlənir", - deyə Term bildirib.

ABŞ və İran arasında münasibətlər nüvə proqramının inkişafı ilə daha da çətinləşir. Birləşmiş Ştatlar bu proqramın sülh mahiyyəti daşıdığına şübhə edir və hesab edir ki, İran uranı atom silahı yaratmaq məqsədi ilə zənginləşdirir. Halbuki, İran bunun yalnız dinc məqsədlərə xidmət etdiyini israr edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti