...

Gürcüstanda göbələkdən zəhərlənmədən üç uşaq ölüb

Dünya xəbərləri Materials 31 Oktyabr 2008 21:03 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 31 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanda göbələkdən zəhərlənmədən üç uşaq ölüb, 50 - dən çox uşaq ağır vəziyyətdə Tbilisi xəstəxanalarında yerləşdirilib. Onları Tbilisiyə Gürcüstanın Xaşur rayonundan gətiriblər. Həkimlərin verdiyi xəbərə görə, göbələkdən kütləvi zəhərlənmə hadisəsi baş verib. Həkimlər bildirirlər ki, zəhərlənmə növü hələ müəyyən edilməyən göbələkdən istifadə nəticəsində baş verib. Xilas olanlara tibbi yardım göstəriləcək. Bundan sonra onlar yarım il ərzində daim həkim nəzarətində olmalıdırlar. Həkimlər əhaliyə naməlum növlü göbələklərdən qidada istifadə etməmək barədə xəbərdar edirlər.

Xəbər lenti

Xəbər lenti