...

İran Qafqaza dair diskussiyalarda iştirakda maraqlıdır – RF-nin xarici işlər naziri

Dünya xəbərləri Materials 1 Noyabr 2008 15:07 (UTC +04:00)

İran Qafqazda təhlükəsizlik zonasının yaradılması haqqında diskussiyalarda iştiraka maraq göstərsə də, Rusiya ondan bu mövzuda heç bir təklif almayıb, - RF-nin xarici işlər naziri Sergey Lavrov şənbə günü jurnalistlərə bildirib.

"İran bu mövzuda diskussiyalara qoşulmaqda maraqlıdır. Mən iranlı həmkarımla bu barədə danışmışam", - deyən nazir əlavə edib ki, Rusiya tərəfi hələ ki İran tərəfdən bu mövzuya dair heç bir sənəd almayıb.

"Xeyr, İran bizə heç bir təklif verməyib", - Lavrov bildirib, RİA Novosti xəbər verir.

O xatırladıb ki, Qafqazda təhlükəsizlik mövzusu müxtəlif formatlarda müzakirə edilir. O cümlədən, Türkiyə Qafqaz regionunda Sabitlik və Əməkdaşlıq Platformasının yaradılması təşəbbüsü ilə çıxış edib.

Xəbər lenti

Xəbər lenti