"Taliban" hərəkatı ilə istənilən danışıqlar Konstitusiyaya uyğun həyata keçirilməlidir, Əfqanıstanın BMT- dəki xüsusi nümayəndəsi Kay Ayde hesab edir. Məlumatı Tolo TV verib.
Əfqanıstanın BMT- dəki xüsusi nümayəndəsinin sözlərinə görə, o, əfqan hökuməti ilə "Taliban" hərəkatı arasında sülh danışıqlarının tərəfdarıdır.
Əvvəllər Əfqanıstan prezidenti Hamid Kərzai bəyan edib ki, üsyançı hərəkatla mübarizəni dayandırmaq imkanlarının müzakirəsinə razılaşacağı təqdirdə, "Taliban" lideri Molla Ömərə siyiasi sığınacaq verəcək.
Ayde deyib ki, "biz əfqan hökumətinin bir müddət əvvəl verdiyi bəyanatı və milli barışığı alqışlayırıq. Amma əsas budur ki, əfqan hökumətinin müxalif qüvvələrlə istənilən danışıqları Əfqanıstan Konstitusiyasına uyğun şəkildə aparılsın".
Sülh razılaşmalarının və danışıqların harada və necə baş tutması əfqan hökumətindən asılıdır, - Ayde vurğulayıb.
Üsyançılarla danışıqlar - bu gün ölkənin düşdüyü mürəkkəb vəziyyətdən ən yaxşı çıxış yoludur, - o qeyd edib.
"Taliban" əfqan hökumətinin danışıqlarla bağlı təklifini rədd edib və bildirib ki, əcnəbi qoşunlar ölkəni tərk etməyincə, "Taliban" rəhbərləri danışıqlar masası arxasına oturmayacaqlar.