Gürcüstan, Tbilisi, 28 noyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Bu gün Gürcüstan parlamentinin avqust hadisələrinin öyrənilməsi üzrə müvəqqəti komissiyası prezident Mixail Saakaşvilini dinləyəcək. Prezident administarsiyasından verilən məlumata görə, dövlət başçısı yerli vaxtla saat 16:00-da parlament komissiyası qarşısında duracaq.
Saakaşvili komissiya qarşısında çıxış etmək və bütün suallara cavab vermək istəyində olduğunu özü ifadə edib. Qanuna görə isə, prezident bunu etməyə məcbur deyil.