...

Tayvan adası sahilində 6 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 8 Dekabr 2008 03:04 (UTC +04:00)

Rixter cədvəli ilə 6 bal gücündə zəlzələ bazar ertəsi günü Tayvan adasının şərq sahilində baş verib. Bu məlumatı Röyters agentliyi yerli hakimiyyət nümayəndələrinə istinadən yayıb.

Tayvan meteoroloji bürosunun xəbərinə görə, yeraltı təkan yerli vaxtla saat 05.18-də Xualyan şəhərinin 59 kilometr şərqində, 12 km dərinlikdə qeydə alınıb. İnsan tələfatı və dağıntılar barədə bilgilər verilmir.

Tayvanda 1999-cu ilin sentyabrında 7,6 bal gücündə baş vermiş zəlzələ nəticəsində 2,4 min insan həlak olub. 2006-cı ilin dekabrında yeraltı təkanlar Tayvan sahilində altı sualtı kabelə zərər vurub. Bunun nəticəsində Asiyanın bir çox ölkələrində internet-rabitə kəsilib.

Xəbər lenti

Xəbər lenti