...

Aparıcı müxalifət partiyasının rəhbəri "Ergenekon" işi ilə  bağlı hakim partiyanı tənqid edib

Dünya xəbərləri Materials 15 Yanvar 2009 20:04 (UTC +04:00)

Türkiyə, Ankara, 15 yanvar / Trend , müxbir Ə.Ələsgərov/. Türkiyənin aparıcı müxalifət partiyası olan Respublika Xalq Partiyasının (RXP) rəhbəri Dəniz Baykal "Ergenekon" işinin istintaqı ətrafında yaranan son hadisələrlə bağlı tənqidi çıxış edib. RXP-nin mərkəzi icra komitəsinin iclasında çıxış edərkən, o işin təhqiqatı üzərində ətraflı dayanıb. "Sabah"-ın verdiyi məlumata əsasən, Baykal söyləyib ki, "Ergenekon" işi ilə bağlı son həbslər içtimayyətin  ciddi narahatılığına səbəb olub. RXP-nin rəhbəri hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasını(ƏİP), bu işdən "opponentləri susmağa məcbur etmək" üçün istifadədə günahlandırıb.

Xəbər lenti

Xəbər lenti