...

Kabildə baş verən partlayış nəticəsində səkkiz nəfər yaralanıb

Dünya xəbərləri Materials 17 Yanvar 2009 10:55 (UTC +04:00)
Kabildə baş verən partlayış nəticəsində səkkiz nəfər yaralanıb

Azərbaycan, Bakı, 17 yanvar/ Trend , müxbir T.Cəfərov/ Şənbə günü Kabildə baş verən partlayış nəticəsində səkkiz nəfər yaralanıb. Bu barədə Trend -a Əfqanıstanın Müdafiə Nazirliyinin nümayəndəsi, general Əzimi bildirib.

Əzimi deyib ki, kamikadze minalanmış avtomobili şənbə günü saat 09.30-da Almaniya səfirliyinin qarşısında partladıb. Partlayış 15 saylı küçədə, dəbdəbəli Vəzir Əkbər Xan küçəsinin yaxınlığında baş verib.

Yaralananlar arasında iki amerikalı və üç yerli sakin var.

Əfqanıstan polisi və təhlükəsizlik qüvvələri hadisə yerində tədqiqat aparırlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti