...

Prezidentə qarşı impiçmentin başlanılmasına ehtiyac yoxdur - Yuliya Timoşenko

Dünya xəbərləri Materials 24 Yanvar 2009 01:06 (UTC +04:00)
Prezidentə qarşı impiçmentin başlanılmasına ehtiyac yoxdur - Yuliya Timoşenko

Ukrayna baş naziri Yuliya Timoşenko ölkə prezidentinə qarşı impiçmentin başlanılmasına lüzum görmür.

RİA Novosti agentliyinin məlumatına görə, cümə günü axşam "Ukrayna" telekanalının efirində çıxış edən Timoşenko qeyd edib ki, növbədənkənar prezident seçkiləri təxminən doqquz aydan sonra keçirilməlidir. İmpiçment proseduru isə doqquz aydan çox müddəti əhatə edə bilər. Bu üzdən də Viktor Yuşşenkoya qarşı  impiçmentin başlanılmasına ehtiyac yoxdur.

"İmpiçment proseduru ölkədəki durumu qeyri-sabit edə bilər və bu, doqquz aydan çox vaxtı əhatə edə bilər. Biz impiçment barədə heç nə deməmişik", - deyə Timoşenko vurğulayıb.

Prezidentə qarşı impiçmentin başlanılmasını "Regionlar partiyası" və Ukraynanın Kommunist Partiyası kimi müxalifət qüvvələri tələb edir. Ukraynanın Ali Radası yanvarın 15-də impiçment prosedurunu sadələşdirən müvafiq qanun layihəsini qəbul edib.

Xəbər lenti

Xəbər lenti