...

Qazaxıstandakı Ahıska türkləri ana dilinin inkişafına diqqəti artırmaq qərarına gəldilər

Dünya xəbərləri Materials 10 Fevral 2009 04:47 (UTC +04:00)

Qazaxıstan, Almatı, 10 fevral / Trend , müxbir R.Məşədihəsənli / Dun?n Almatı şəhərində Qazaxıstan Ahıska türklərinin Milli Mərkəzində keçirilən ümumvilayət toplantısında əsasən Türkiyənin bu il Qazaxıstandakı Ahıska türklərinə ölkənin ali məktəblərində təhsil almaları, il boyu respublika miqyasında keçiriləcək idman yarışları və gənclərin təşkil edəcəkləri tədbirlər barədə geniş fikir mübadiləsi aparıldı.

Trend müxbirinin də iştirak etdiyi toplantıda Qazaxıstan Ahıska türkləri Milli Mərkəzinin Almatı vilayəti üzrə sədri Şahismayıl Asiyev təhsil şöbəsinin müdiri Zöhrə Feyzulla qızının Şımkent və Cambul vilayətlərində orta məktəblərdə türk dili siniflərinin açılması ilə bağlı keçirdiyi görüşləri və danışıqları yüksək dəyərləndirdi. Toplantıda qeyd olundu ki, 1944-cü il repressiyalar nəticəsində taleyini Qazaxıstanla bağlayan Ahıska türklərinin ana dilinin itməməsi üçün orta məktəblərdə türk dili sinifləri ilə yanaşı, Türkiyə respublikasının Almatıdakı konsulluğu binasında TÖMER-in (Türkcə Öyrətmə Mərkəzi)t əşkil etdiyi türk dil kurslarından da faydalanmaq olar.

Xəbər lenti

Xəbər lenti