...

Metyu Brayzanın son bəyanatları "danışıqlar prosesinə mane olmaq" məqsədi güdür – Ermənistan XİN

Dünya xəbərləri Materials 14 Fevral 2009 11:02 (UTC +04:00)

Ermənistan XİN-in rəsmi nümayəndəsi Tiqran Balayan bu fikirdədir ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədrinin son bəyanatları "danışıqlar prosesinə mane olmaq" məqsədi güdür.

Ermənistan XİN-in mətbuat xidmətindən bu gün "Mediamaks"a verilən məlumata görə, Tiqran Balayan bu barədə Metyu Brayzanın "Amerikanın səsi"nə verdiyi müsahibəsini şərh edərkən bildirib. Diplomat müsahibəsində bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə saziş Azərbaycanın ərazi bütövlüyü prinsipindən çıxış etməli, həmçinin öz müqəddəratını təyin etmə hüququ və güc tətbiq etməmə konsepsiyasını özündə əks etdirməlidir.

"Bu bəyanatda məqsəd bəlli deyil, lakin belə bir təəssürat yaranır ki, bu bəyanatı ancaq Madrid təklifləri ətrafında aparılan danışıqlar prosesinə əngəl törətmək məqsədi ilə vermək olar. Bu təkliflər üç bərabərhüquqlu beynəlxalq hüquq prinsiplərinə əsaslanır - güc tətbiq etməmə, öz müqəddaratını təyin etmə hüququ və ərazi bütövlüyü.

Hazırda danışıqlar razılaşdırılmayan nizamlanma prinsipləri ətrafında aparılır, saziş barədə danışıqlar isə ümumiyyətlə vaxtsızdır", - deyə Balayan bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı [email protected]

Xəbər lenti

Xəbər lenti