Türkiyədə Polis İdarəsinin xüsusi əməliyyat şöbəsinin başçısı Behçet Oktay intihar edib. Bu barədə Türkiyənin "Cihan" informasiya agentliyi məlumat verib.
Oktay öz avtomobilində başından yaralı vəziyyətdə tapılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Aparılan təhqiqat nəticəsində Oktayın avtomobilində öz silahı ilə başına atəş açdığı məlum olub. Axtarışlar zamanı avtomobildən iki ədəd silah tapılıb.