...

İranda 551 ton narkotik maddə müsadirə olunub

Dünya xəbərləri Materials 2 Mart 2009 16:33 (UTC +04:00)
İranda 551 ton narkotik maddə müsadirə olunub

İranın Narkotiklərlə Mübarizə İdarəsinin sədri Həmidrza Hüseynabadinin bildirdiyinə görə, ötən 11 ay ərzində ölkədə 551 ton narkotik maddə müsadirə olunub. Bu barədə İranın Mehr xəbər agentliyi məlumat verib.

"Ötən 11 ay ərzində polis ötən illə müqayisədə 25 faiz artıq narkotik maddə müsadirə edib. Əldə olunan narkotik maddələrin 80 faizi İranın şərqi əyalətlərindən müsadirə olunub", - İranın Narkotiklərlə Mübarizə İdarəsinin sədri Hüseynabadi martın 2-də İranın Bircənd şəhərində jurnalistlərə bildirib.

O əlavə edib ki, ötən 11 ay ərzində İranın Kerman əyalətindən 98 ton  və Cənubi Xorasan əyalətindən 34 ton narkotik maddə müsadirə olunub. 

Hüseynabadi bildirib ki, ölkənin polis qüvvəllərinin səyi nəticəsində martın 20-dək Zabul regionunda sərhədlər möhkəmləndiriləcək. İdarə sədri həmçinin bildirib ki, sərhədlərin möhkəmləndirilməsi üçün dövlət büdcə ayırarsa sərhəd polisi Sistan və Bəluçistan əyalətinin cənub sərhədlərini də möhkəmləndirərək qaçaqçıların ölkəyə girişini tam nəzarət altında saxlaya biləcək.  

Xəbər lenti

Xəbər lenti