...

Müxalifətin təzyiqləri altında Saakaşvili öz postunu tərk etməyəcək - Gürcüstanın sabiq prezidenti

Dünya xəbərləri Materials 9 Mart 2009 00:06 (UTC +04:00)
Müxalifətin təzyiqləri altında Saakaşvili öz postunu tərk etməyəcək - Gürcüstanın sabiq prezidenti

Çətin ki, müxalifətin təzyiqləri altında Mixail Saakaşvili Gürcüstan prezidenti postunu tərk etsin. Belə bir fikri Gürcüstanın İctimai televiziyasına müsahibəsində bu ölkənin sabiq prezidenti Eduard Şevardnadze ifadə edib.
"Gürcüstandakı vəziyyət olduqca gərgindir və vətəndaşlar bunu hiss edir", - deyə tanınmış siyasətçi bildirib. Bununla belə o hesab edir ki, müxalifət apreldə keçiriləcək etiraz aksiyaların 10-15 gün yaxud da bir ay davam edəcəyi halda Saakaşvilinin öz postunu tərk edəcəyinə ümid bəsləməməlidir.
"Müxalifət dağınıq haldadır. Onun bir çox lideri kifayət qədər təcrübəyə malik deyil, onların arasında çoxlu fikir ayrılığı mövcuddur", - deyə Şevardnadze vurğulayıb.
Son həftələr Gürcüstanın aparıcı müxalifət partiyaları Saakaşvilinin istefasını tələb edir. Onlar aprelin 9-da etiraz aksiyalarına başlamaq niyyətindədir. Prezidentin özü isə bəyan edir ki, səlahiyyətlərinin müddəti 2013-cü ilin əvvəlində başa çatır və o vaxtından əvvəl istefaya getmək fikrində deyil.

Xəbər lenti

Xəbər lenti