...

Obamanın Türkiyə səfəri çox önəmlidir - Türkiyə prezidenti

Dünya xəbərləri Materials 10 Mart 2009 14:19 (UTC +04:00)

Türkiyə prezidenti Abdullah Gül bu gün hava limanında jurnalistlərə ABŞ prezidenti Barak Obamanın Türkiyəyə səfərinin region üçün çox önəmli olduğunu bildirib.

Bu haqda Türkiyənin ZAMAN qəzeti məlumat verib.

"Barak Obamanın Türkiyəyə səfəri dünyada sülh və istiqrar üçün bir mesajdır", - deyə Gül bildirib. Prezident Gül onu da əlavə edib ki, ABŞ dünyada baş verən bir çox hadisələri izlədiyi kimi, Türkiyə də dünyada və xüsusən regionda baş verən hadisələri yaxından izləyir.

Məqalə müəllifi ilə əlaqə : [email protected]

Xəbər lenti

Xəbər lenti