...

İranda keçiriləcək prezident seçkilərində 46 milyon vətəndaş səsvermə hüququna malikdir

Dünya xəbərləri Materials 17 Mart 2009 17:14 (UTC +04:00)

İranın Daxili İşlər Nazirliyinin Mərkəzi Seçkilər Komissiyasının sədri bildirib ki, İranın statistika təşkilatının ekspertləri, ölkədə iyun ayında keçiriləcək prezident seçkilərində 46 milyon 200 min səsvermə hüququna malik vətəndaşın olduğunu təsdiqləyiblər. Bu barədə İranın Fars xəbər agentliyi məlumat yayıb.

"İranın Mərkəzi Seçki Komissiyası öz işinə hələ 6 ay öncə başlayıb. Qrafik üzrə işlər görülüb və gələcək prezident seçkilərinin keçirilməsi ilə bağlı işlər davam etdirilir", -  İranın Daxili İşlər Nazirliyinin Mərkəzi Seçkilər Komissiyasının sədri Kamran Daneşcu çərşənbə axşamı Tehranda keçirdiyi mətbuat konfransında jurnalistlərə bildirib.

O, əlavə edib ki, seçkidə istifadə olunacaq blank və möhürlərin tərtibatı hazırlanıb və təsdiqlənib. Ali Nəzarət Şurası ilə Daxili İşlər Nazirliyi bütün seçki məntəqələrində işlərin aparılması ilə bağlı əməkdaşlıq etməyə tam hazırdır.

Daneşcunun sözlərinə görə, iyunun 12-də keçiriləcək prezident seçkiləri ilə yanaşı, 6 bölgədə İran parlament seçkilərinin, iki əyalətdə İranın Ali Dini Nəzarət Şura Məclisinin və 2 şəhərdə Bələdiyyə seçkilərinin ikinci turunun seçkiləri də keçiriləcək.

"Seçkilərdə namizədlərin qeydiyyatı, seçki komissiyasında qeyd olunmuş namizədlərin milli kodunun oxunması və ölkə ərazisində toplanmış səslərin açıqlanması kompüter vasitəsi ilə idarə olunacaq", - deyə Daneşcu bildirib. O, əlavə edib ki, İranın İnformasiya Nazirliyi ilə müxtəlif müzakirələr aparılıb və gələcəkdə seçkilər bütövlükdə kompüter vasitəsi ilə idarə olunacaq.

İran əhalisinin sayı son rəsmi statistikaya (2005-ci ilədək) əsasən 70,4 milyon nəfərdir.

Xəbər lenti

Xəbər lenti