...

Gürcüstan prezidenti Avropa Xalq Partiyasının forumunda iştirak edəcək

Dünya xəbərləri Materials 19 Mart 2009 11:33 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 19 mart / Trend , müxbir N.Kirtsxalia /

Gürcüstan prezidenti Mixail Saakaşvili Brüsselə yola düşüb. O, burada bu gün Avropa Xalq Partiyasının (AXP) işində iştirak edəcək. Gürcüstan Dövlət Dəftərxanasından verilən məlumata görə, Saakaşvili forumda məruzə ilə çıxış etmək niyyətindədir.

Forum çərçivəsində Gürcüstan liderinin AXP üzvü olan Avropa ölkələrinin bir sıra liderləri ilə bir neçə ikitərəfli görüş keçirməsi də planlaşdırılıb.

Avropa Xalq Partiyası (European People`s Party) - Avropanın 37 ölkəsinin hüquqsentrizm partiyasının daxil olduğu iri ümumavropa partiyasıdır. 

AXP Avropa İttifaqının aparıcı siyasi qüvvəsidir, xüsusilə Avropa Parlamentində kiçik fraksiyaya malikdir. Onun nümayəndəsi Hans-Hert Petterinq isə Avropa Parlamentinin prezidentidir.

Xəbər lenti

Xəbər lenti