Çexiya parlamenti Mirek Topolanek hökumətinə etimadsızlıq göstərib. RİA Novosti agentliyinin yaydığı xəbərə görə, rəsmi bilgilərə əsasən hökumətə etimadsızlığın göstərilməsinə 101 deputat səs verib. 96 nəfər isə bu qərarın əleyhinə çıxış edib.
Ümumilikdə Çexiya qanunvericilik orqanının aşağı palatasında 200 deputat var.
Hökumətə etimad məsələsini gündəliyə müxalifət nümayəndələri daxil edib.