...

Dünya xalqları dəyişiklikləri alqışlayır - İranın XİN rəhbəri

Dünya xəbərləri Materials 26 Mart 2009 10:42 (UTC +04:00)

İranın xarici işlər naziri Mənuçöhr Müttəki bildirib ki, dünyada "dəyişiklik" səsləri eşidilir və dünya xalqları müxtəlif regionlarda dəyişiklikləri alqışla qarşılayır. Bu barədə İranın İRNA agentliyi məlumat yayıb.

"ABŞ Prezidenti Barak Obama "dəyişiklik" şüarı ilə çıxış edib, lakin dünya xalqları sözdə deyilən dəyişiklikləri deyil, əməldə olan dəyişikliklərə inanır", - deyə İranın xarici işlər naziri Müttəki Braziliyanın xarici işlər nazirinin iqtisadi məsələlər üzrə müavini Ruy Nuquveyra ilə görüşündə bildirib.

Müttəki əlavə edib ki, İraq və Əfqanıstandakı mövcud vəziyyət göstərir ki, əcnəbi ölkələrin bu ölkələrdə yürütdükləri siyasət sona çatıb və hazırda vəziyyətin dəyişilməsi üçün "dəyişiklik" səsləri eşidilir.

İran XİN rəhbəri martın 23-dən etibarən Afrika və Latin Amerikasının bəzi ölkələrinə səfərə başlayıb. Müttəki, Mali və Mavritaniyaya səfərindən sonra hazırda Braziliyanin paytaxtındadır. Müttəki martın 26-da axşam Braziliyadan Venesuelanın paytaxtı Karakasa səfər edəcək. Müttəki İranın iqtisadi nümayəndə heyətinin sədri kimi bu ölkələrə səfər edir və səfərdə əsas məqsəd ölkələrlə iqtisadi sazişlərin imzalanmasıdır.

Xəbər lenti

Xəbər lenti