"ABŞ prezidenti Barak Obamanın Türkiyəyə səfərinin rəsmi hissəsi başlayıb", - Türkiyənin ТRТ-2 telekanalı xəbər verib.
Obama Atatürk mavzoleyi önünə əklil qoyub. Bundan sonra Obamanın Türkiyə prezidenti Abdullah Gül və Baş nazir Rəcəp Tayyib Ərdoğanla görüşü, eləcə də İstanbulda keçirilən Sivilizasiyaların Alyansı Forumunda çıxışı gözlənilir.